Azer Calci Company MMC-nin rəhbər heyəti 2025-ci ilin 8-11 sentyabr tarixlərində İran İslam Respublikasının Tehran şəhərində təşkil edilmiş 19-cu Beynəlxalq Plastik, Kauçuk və Avadanlıq Sərgisində iştirak etmişdir.
Cəmiyyətimiz, Azərbaycan Respublikasında nümayəndəsi olduğu Arya Powder Pars şirkətinin idarə heyəti ilə görüş keçirmiş, qarşılıqlı fikir mübadiləsi aparmaqla gələcək perspektivlər müzakirə edilmişdir.
Sərgiyə dünyanın müxtəlif ölkələrindən iştirakçılar qatılmış və bir sıra böyük şirkətlər ilə ilkin tanışlıq münasibətləri qurulmuşdur.
