Axtar
Ana səhifə » Haqqımızda

Biz kimik ? 

“Azer Calci Company MMC” 2003-cü ildən etibarən interyer və eksteryer boyaları, müxtəlif təyinatlı boyalar, emulsiyalar, plastiklər, plastik profillər, PVC əsaslı məhsullar, lambirlər, elektrik naqilləri, plastik qablaşdırma məhsulları, şüşə, tavan və təməllərin su izolyasiyası örtükləri, sənaye və müvafiq ümumi istehlak məhsullarının istehsalı üçün nəzərdə tutulmuş müxtəlif kimyəvi xammalların tədarükünü və satışını həyata keçirərək Azərbaycan Respublikası ərazisində həmin sahədə fəaliyyət göstərən istehsal müəssisələrinə həllər təklif edir.


Cəmiyyətimizin təklif etdiyi həllər, müasir dövrün tələblərinə, beynəlxalq standart və normativlərə, həmçinin respublikamızda sözügedən fəaliyyət sahəsinə uyğun istiqamətdə çalışan bir çox müəssisələrin xüsusi istəklərinə əsaslanır. 20 ildən artıq iş təcrübəmiz qeyd edilən sahədə etimadlı tərəfdaş olaraq mövqeyimizin möhkəmlənməsinə, eləcə də yeni əməkdaşlıqlara nail olunaraq fəaliyyət əhatəmizi səmərəli şəkildə genişləndirməyə imkan verir.

(+99455) 505 05 11