Azer Calci Company MMC-nin rəhbər heyəti 2025-ci ilin 3-6 dekabr tarixlərində İran İslam Respublikasının Tehran şəhərində təşkil edilmiş 25-ci Beynəlxalq Boya və Kompozitlər Sənayesi Sərgisində iştirak etmişdir.
Cəmiyyətimiz, Azərbaycan Respublikasında müvafiq sahə üzrə əməkdaşlıq etdiyi bir sıra yerli şirkətlərin rəhbərləri ilə birlikdə Arya Powder Pars şirkətinin idarə heyəti ilə görüşlər keçirmiş, gələcək üçün mümkün əməkdaşlıq imkanları müzakirə edilmişdir.
